Elələri də var ki, gəlib oturur mini ətəkdə, əlində qaval. Muğam ifa edərkən lazım olan oturuş vəziyyətini tuta bilmir. Nə qədər əli ilə ətəyini düzəltsə də, alınmır. Axı xanəndə mini ətəklə əlinə qaval ala bilməz”
“Kim deyir ki, mən səhnədən küsmüşəm?”
Nəzakət Teymurova: “Şou, əyləncə xarakterli verilişlərdə, tədbirlərdə görünməyi özümə yaraşdırmıram”
Elələri də var ki, gəlib oturur mini ətəkdə, əlində qaval. Muğam ifa edərkən lazım olan oturuş vəziyyətini tuta bilmir. Nə qədər əli ilə ətəyini düzəltsə də, alınmır. Axı xanəndə mini ətəklə əlinə qaval ala bilməz”
Elələri də var ki, gəlib oturur mini ətəkdə, əlində qaval. Muğam ifa edərkən lazım olan oturuş vəziyyətini tuta bilmir. Nə qədər əli ilə ətəyini düzəltsə də, alınmır. Axı xanəndə mini ətəklə əlinə qaval ala bilməz”
Hər səsin öz rəngi, öz çaları, öz gözəlliyi olur. Muğam sənətində də məxməri səsi ilə seçilənləri daha çox sevirlər. Muğam sənətində bu səs tembrinə sahib az xanəndə tapılar. "Şərq”in budəfəki qonağı məhz məxməri səsi ilə seçilən xalq artisti, xanəndə Nəzakət Teymurovadı. 22 ildir Azərbaycan səhnəsinin Leylisi, müxtəlif muğam dəsgahlarında təkrarsız ifası ilə seçilən Nəzakət Teymurovanın muğam sənəti barədə "Şərq”ə maraqlı fikirləri oldu. Deyirdilər Nəzakət Teymurova səhnədən küsüb. Elə bu suallara xanəndədən eksklüziv xəbərlər gəldi.
- Yaxınlarda qardaş itkisi yaşamısız...
- Ağır dərddi. Bir neçə ay əvvəl böyük qardaşımı itirdim. Xəstəlik onu bizdən aldı. Ölüm haqdı. Amma qardaş itkisi həqiqətən çətindi.
- Bu üzdən səhnələrdə yoxsuz, ya səhnədən küskün düşmüsüz?
- Təbii ki, küskün deyiləm. Sadəcə qardaşımı itirdiyim üçün bir müddət səhnədən uzaq oldum. Amma səhnədən uzaq qalmamışam. Nəyə görə səhnədən uzaq qalım ki? Nə mənada uzaq qalmışam deyirlər?
- Opera və Balet Teatrından gedəndən sonra efirlərdə, səhnədə olmadığınız deyilir...
- Qətiyyən. O vaxt küskün olardım ki, məni işdən çıxarardılar. Nəsə bir narazılıq yaranaydı. 22 il teatrda çalışmışam. Sənətə qarşı mən məsuliyyətli və sadiq olmuşam. Hər zaman demişəm ki, sənətçi səhnədən vaxtında getməlidir. 22 il opera səhnəsində çalışmaq asan görünməsin. Amma mən hiss etdim ki, artıq teatrdan getməyin zamanıdı. Mən xanəndəyəm. Teatrda fəaliyyətimi dayandırmaq mənim xanəndə olaraq səhnədə olmağıma təsirini göstərə bilməzdi. Mən xanəndə olaraq yaradıcılığımı, pedaqoji fəaliyyətimi də davam etdirirəm.
- Deyəsən, böyük bir layihəyə hazırlaşırsız. Solo konsert verəcəksiz?
- Bəli, böyük bir layihənin hazırlıqları gedir. Kim deyir ki, mən səhnədən küskün düşmüşəm, onlara bu konsert proqramı ilə cavab ünvanlamış olacam. Görünməməyin bir çox səbəbləri var. Xanəndə olmaq böyük məsuliyyət tələb edir. Şou, əyləncə xarakterli verilişlərdə, tədbirlərdə görünməyi özümə yaraşdırmıram. Dəvət olunan yerlərə seçərək gedirəm. Bəlkə ona görə az görünməyim diqqət çəkir.
- Təqdim edəcəyiniz solo konsertin formatı necə olacaq?
- Çox böyük bir layihə olacaq. Solo konsertdə həm kamera musiqisinin müşayiətilə ifalar təqdim etməyi nəzərdə tutmuşam, həm xalq mahnılarımız, təsniflərimiz təqdim olunacaq. 30-dan artıq musiqiçinin müşayiətilə səhnəyə çıxmağı düşünürəm. 12 milli musiqi alətlərini ifa edən musiqiçilər, digər 15 musiqiçi isə kamera orkestrinin müşayiətilə nəzərdə tutulur. Maraqlı repertuar hazırlamışıq. Hələ də bəzi detallar üzərində çalışırıq ki, konsert mükəmməl olsun.
- Bu konserti hesabat konserti olaraq qəbul etmək olar?
- Bəli, əslində hesabat konsertidir. Həm mənim tamaşaçılar qarşısında hesabatım olacaq, həm də tamaşaçının uzun müddətdir məndən gözlədiyi konserti təqdim etməyə çalışırıq. Uzun müddətdir konsert vermirdim. İstədim tamaşaçılarımla canlı görüşüm, onlara maraqlı konsert proqramı təqdim edim. İnşallah, konsert istədiyim şəkildə olacaq. Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış etmək həm məsuliyyətli, həm də qürurludur. Allahın köməyi ilə bu arzumuz reallaşar. Mart ayında Heydər Əliyev adına Sarayda olan konsert tamaşaçılarımın, pərəstişkarlarımın ürəyincə olacaq.
- Muğam konserti necə, nəzərdə tutulub?
- Əslində Heydər Əliyev adına Sarayda təqdim edəcəyim konsertdən sonra Muğam Mərkəzində sırf muğam konserti verməyi də düşünürəm. Bu konsertin Saraydakı konsertdən fərqi olmalıdır. Burda ancaq muğamlarımız, təsniflərimiz təqdim olunacaq. Bəzi muğamlar var ki, o muğamlara az müraciət olunur. Məhz muğam gecəsi təqdim etmək niyyətindəyəm.
- İtaliyadan növbəti təklif gəlib...
- Təklif İtaliyadakı musiqi şirkətlərindən birindən gəldi. Biz də razılaşdıq. Yaxın müddətdə diskim İtaliyada çıxacaq. Ancaq albom üçün şəkilləri çəkdirmək lazımdı.
- Bu gün səhnəyə gələn gənc xanəndələrdə sanki şouya meyillilik var. Sizin nəslin xanəndələrində bunu hiss edə bilmirdik...
- Xanəndə olmaq böyük bir yükü çiynində daşımaq deməkdir. Həqiqətən muğam o qədər ağır bir musiqi janrıdır ki, təkcə ifa etmək yetərli deyil. Xanəndə adını daşıyan sənətçi danışığında da, geyimində də, tərzində, görünüşündə də səviyyəsini nəzərə almalıdır. Bu sənətdə dayaz olmağa sənətçinin ixtiyarı yoxdur. Xanəndəlik ucuzluğu, bəsitliyi sevmir. Xanəndə səhnəyə çıxanda, efirdə olanda hər addımına diqqət yetirməlidir.
- Mini ətəkdə, ya da cins, dar şalvarda muğam ifa etmək doğru deyil deyirsiz?..
- Tamamilə haqlısız. Xanəndə yaşam tərzi ilə belə seçilməlidir. Tələbələrim var. Onlar arasında istedadı olanlar var ki, gələcəkdə yaxşı xanəndə ola bilərlər. Amma elələri də var ki, gəlib oturur mini ətəkdə, əlində qaval. İnanın, geyimi ona o qədər narahatlıq yaradır ki, muğam ifa edərkən lazım olan oturuş vəziyyətini tuta bilmir. Nə qədər əli ilə ətəyini düzəltsə də, alınmır. Axı xanəndə mini ətəklə əlinə qaval ala bilməz. Bu, düzgün deyil. Xanəndə olmağa iddialı olan sənətçi əvvəldən özünə bir yol seçir. Sən o yoldan kənara bir addım da çıxa bilməzsən.
Mini geyinmək, ya da dəbə uyğunlaşıb tərz nümayiş etdirmək istəyirsənsə, musiqinin digər janrlarında özünü sına. Demirəm ki, xanəndə zövqsüz geyinməlidir, tamamilə bürünüb geyinməlidir. Amma bir bəlli çərçivə var ki, ondan kənara çıxa bilməzsən. Çıxsan belə tamaşaçı sənin ifanı,təqdim etdiyin muğamı ciddi qəbul etməyəcək.
Tahirə Məmmədqızı