Kino kursları Kino Atelyesində





Ssenari Mərkəzinin təşkil etdiyi Kino Atelyesində kino kurslarına qəbul davam edir.
Son qəbul tarixi 30 noyabr 2014-cü ildir.
Kino Atelyesində Aktyorluq kursu və "Sinema” kursu var.
Aktyorluq kursunun rəhbəri aktyor, əməkdar artist İlqar Cahangirdir. Artıq bu, Kino Atelyesində 3-cü aktyorluq kursudur.
"Sinema” kursuna isə ssenaristlik, rejissorluq və prodüserlik daxildir. "Sinema” kursunda dərslər yerli və xarici mütəxəssislər tərəfindən keçirilir.