Kişi arvadını, qızını və körpəsini güllələdi

Qadın barışıb bir gün əvvəl evə dönmüşdü
Adanada 2 mərtəbəli binanın birinci mərtəbəsində mebel atelyesi olan Serhad Ögelgenin işçiləri dünən saat 12.00 radələrində iş yerinə gəldi. Atelyenin bağlı olduğunu görən işçilər, binanın ikinci mərtəbəsində məskunlaşan ustalarının evinə çıxdı. İçəri girən işçilər, cəsədləri görüncə polisə xəbər verdi.
Hadisə yerinə gələn polis və prokurorluq işçiləri, yataq otağındakı, üzərinə yorğan örtülü Sinəm Ögelge ilə qucağındakı 6 aylıq körpəsi Simgə, yerdə isə böyük qızı Selenin, digər otaqda isə Serhad Ögelgenin başlarından vurulmuş halda cəsədlərini tapdı. Araşdırma nəticəsində, Serhad Ögelgenin həyat yoldaşı Sinəm və qucağındakı körpəsini və digər qızı Seleni ov tüfəngiylə başlarına atəş açaraq öldürdükdən sonra digər otağa keçərək eyni silahla öz başına atəş açıb intihar etdiyi müəyyən olundu. Mebelçinin həyat yoldaşı və qucağında öldürdüyü kiçik qızının cəsədlərinin üzərinə yorğan örtdüyü də aydın oldu. Yatağın yanında yerdə olan Selenin isə pijamalı olması diqqət çəkdi. Acı xəbəri alan və evə axın edən yaxınları və qonşuları isə sinir böhranı keçirdi. Bəzi qonşuları, Serhad Ögelge ilə həyat yoldaşının hər ailədə olduğu kimi aralarında mübahisə yaşandığı, bir neçə dəfə ayrılma mərhələsinə gəldiyini, ancaq əsəb dərmanlarından istifadə etdiyini söylədi. Cütlüyün, Sinəm Ögelgenin ailəsinin araya girməsiylə barışdığını və dünən axşam evinə döndüyünü ifadə edən qonşuları, cinayət törədiləcək qədər problemləri olmadığını da bildirdilər. Dünən axşam qızlarını evə gətirən ata Kamal Tekeke ilə ana Nuray, hadisəni eşidincə huşunu itirdi. Hadisələ əlaqədar istintaq davam etdirilir.