Kür üzərində körpü əsaslı təmirdən sonra istifadəyə verildi
08:56 18.03.2019
Arxiv
757
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal körpünün əsaslı şəkildə bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.
Agentlikdən Lent.az-a verilən məlumata görə, bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.
1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İranla birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.
Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnmişdir .Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı.
Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılıb. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpüdə geniş təmir-bərpa işləri həyata keçirilib. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları, eləcə də yanaşma plitələri yenidən inşa edilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb. Körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib."Layihəyə uyğun olaraq, körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 mm qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək yenisi ilə əvəz edilib.
Bundan başqa körpünün bütün aşırımlarında alt hissədən tamamilə troslarla gərginləşdirilib, metal konstruksiyaların birləşmə hissələrində qırılan, zədələnən bolt-qaykalar yenisi ilə əvəz olunub. Boşalan bütün bolt-qaykalar yenidən bərkidilib, həmçinin aşırım qurğularının oturacaq hissələrindəki bütün dəmir-beton yastıqlar təmir edilib.
Körpünün yanaşma yolları da asfaltlanıb, hər iki tərəfdə suaxıdan beton küvetlər tikilib və işıq dirəkləri quraşdırılıb.
Təmir-bərpa işləri mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm