Lavrov sadəcə ümid verir... - Deputat

Asim Mollazadə: "Rusiya və Ermənistan münaqişənin həllində ciddi addım atmağa hazır deyillər”
"Lavrovdan belə bəyanatlar çox eşitmişik”.
Bunu "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun bu il Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacağı haqqında açıqlamalarını şərh edərkən millət vəkili Asim Mollazadə deyib. 
Deputatın sözlərinə görə, Rusiya XİN rəhbərinin münaqişənin həllində mərhələli həll məsələsi barədə ümid verməyi yaxşı haldır:
"Bu açıqlamalara rəğmən, Rusiya və Ermənistan münaqişənin həllində ciddi addım atmağa hazır deyillər”.
Qeyd edək ki, 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirən S.Lavrov ötən il baş tutan prezidentlərin və nazirlərin görüşünü xatırladıb. S. Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın.
Aysel Aslan