Leonardo da Vinçinin varisləri müəyyənləşdirilib
15:55 06.07.2021
Arxiv
465
Avropa İntibah dövrünün dahi simalarından rəssam və mühəndis Leonardo da Vinçinin bu gün azı 14 kişi varisinin yaşadığı müəyyənləşdirilib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, incəsənət tarixi və Leonardonun həyatına dair araşdırmaçı olan Alessandro Vezzosi və Aqnese Sabato tərəfindən on ildən artıq aparılan tədqiqat nəticəsində dahi sənətkarın ailə şəcərəsi nəsilbənəsil üzə çıxarılıb.
Belə ki, 1452-ci ildə Florensiyanın yaxınlığındakı kiçik Ançiano şəhərində dünyaya göz açan Leonardo ömrü boyu evlənməyərək övlad sahibi olmasa da, ən azı 22 atabir qardaşından gələn nəsillər müasir dövrümüzədək davam edib. Aparılan tədqiqat zamanı Leonardonun atası Ser Piero da Vinçi istinad nöqtəsi olaraq seçilməklə əvvəlcə 1331-ci il təvəllüdlü əcdadı Miçele aşkarlanıb.
Tədqiqatçılara görə, Leonardo atabir qardaşı Domeniko ilə Vinçi ailəsinin 6-cı nəslinə mənsublarmış. Ailə şəcərəsinin azı 21 nəslini təyin etmək mümkün olub. Araşdırmalar zamanı Leonardonun DNT-si də təyin edilib ki, bunun əsasında onun erkən yaşlanması, solaxaylığı, qidalanması, səhhəti, irsi xəstəliklərə düçar olub-olmaması, habelə digər xüsusiyyətləri də tədqiq oluna bilər.
Qeyd olunur ki, Leonardonun Vinçi soyadını daşıyan müasir varisləri arasında fermerlər, ofis əməkdaşları, döşəməçi, satıcı və bir nəfər rəssam da varmış.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol