Leyla Abdullayeva: Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox zərər dəyib
12:57 25.02.2019
Arxiv
526
Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.
"Sherg.az"ın məlumatına görə, bu barədə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilmiş mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva XİN və Hərbi Prokurorluğun birgə bəyanatını səsləndirərkən deyib.
XİN rsəmisi bildirib ki, beynəlxalq ictimaiyyət BMT qətnamələri və digər sənədlər vasitəsilə həmin hadisələri pisləyib.
L.Abdullayevanın sözlərinə görə, Ermənistanın əvvəlki rejiminin bəzi nümayəndələri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri Azərbaycan torpaqlarının işğalı prosesində, eləcə də Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib.
Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev öz növbəsində bildirib ki, hazırda Dağlıq Qarabağda törədilmiş cinayətlərin iştirakçısı olan 305 nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı iş aparılır. Onlardan 39 nəfəri Xocalı soyqırımının törədilməsində iştirak edib.
O bildirib ki, sənədlər İnterpola göndərilib, amma bu günədək həmin şəxslərdən heç biri Azərbaycana ekstradisiya olunmayıb.
E.Tağıyev əlavə edib ki, Xocalı soyqırımının istintaqı 5 istiqamət üzrə - soyqırım, işgəncə, terror, maddi zərər və ağır cinayətlər maddələri ilə aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı