Londonda Xocalı qurbanlarının xatirəsi anılıb
20:39 24.02.2018
Arxiv
594
Fevralın 23-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1994-cü ildə erməni təcavüzkarları tərəfindən törədilən və 613 nəfər mülki vətəndaşın qətlə yetirildiyi Xocalı soyqırımı haqqında qonaqlara qısa məlumat verib və bugünkü tədbirin soyqırım qurbanlarının xatirəsinin anım mərasimi olmaqla yanaşı, bütün maneə və çətinliklərə baxmayaraq əyilməyən ümumxalq ruhunun təntənəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən çıxış edərək Xocalı soyqırımının növbəti ildönümü münasibəti ilə rəhbərlik etdiyi parlament qrupunun adından imzaladığı, Azərbaycan prezidenti cənab İlham Əliyevə ünvanlanmış başsağlığı məktubunun mətnini qonaqlara oxuyub, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarını heç vaxt erməni torpağı kimi tanımayacaqlarını və bu torpaqların tezliklə azad olunacağına ümid etdiklərini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Məclisin üzvü, Azərbaycan-Britaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Cavanşir Feyziyev Xocalı soyqırımının ermənilərin Azərbaycana qarşı 200 ildən çoxdur davam edən təcavüzkar siyasəti nəticəsində törədilmiş onlarca qanlı hadisələrdən yalnız biri olduğuna diqqət çəkib.
Avropa-Azərbaycan Cəmiyyətinin London ofisinin direktoru Lionel Zetter də çıxış edərək Xocalı hadisələrinin qurbanları fonunda münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyondan artıq azərbaycanlı əhalinin taleyinə diqqət çəkib.
Sonda, Britaniya-Azərbaycan Evinin rəhbəri Ali Atalar Ermənistanın Azərbaycan xalqına qarşı 20-ci əsrin əvvəllərindən başlayan soyqırım siyasəti nəticəsində baş vermiş qanlı hadisələr barədə danışıb.
Çıxışlardan sonra qonaqlara Xocalı soyqırımı ilə bağlı beynəlxalq mükafatlara layiq görülmüş "Running from the Darkness - Zülmətdən qaçarkən” adlı sənədli film nümayiş olunub. Daha sonra qonaqlara soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş ehsan verilib.
Tədbirdə Britaniya parlamentinin Lordlar və İcmalar palatasının üzvləri, Azərbaycanın Britaniyadakı Səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibət bəsləyən Britaniya və digər xarici ölkələrin vətəndaşları, eləcə də media nümayəndələri olmaqla təxminən 60 nəfər iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol