"Neftin bahalaşması davam edəcəksə, may ayında dövlət büdcəsinə yenidən baxıla bilər”.
Bunu "Sherg.az”a millət vəkili Vahid Əhmədov deyib.
O diqqətə çatdırıb ki, hələlik neftin qiymətinin atması, yaxud azalması müəmmalıdır:

"Amerika da öz neftini dünya bazarlarına çıxarmaq ərəfəsindədir. Bununla əlaqədar Amerikada neft gəlirləri ilə bağlı mənfəət vergisi də endirildi. Neftin qiyməti bu səviyyədə qalarsa, büdcəyə əlavə vəsaitlər daxil olduğu üçün may ayında büdcəyə yenidən baxıla bilər”.
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,26 faiz artaraq 64,47 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,04 faiz artaraq 69,90 dollar olub.
Aysel Aslan