Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu
16:28 08.07.2021
Arxiv
564
“Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır”.
Bunu “Ölkə.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır. Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik “Delta” ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünür.
Hacı Şahin isə açıqlamasında söyləyib ki, Məhərrəmlik matəm ayı sayılır:
“Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər. Ona görə də güman etmirəm ki, məhərrəm ayında insanlar toy etsin. Çünki səfər ayı bir matəm kimi də qeyd olunur. Hər bir halda insanlar yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət