Məktəblilər arasında zərərverici maddələrin, narkotik, psixatrop vasitələrin təbliği qanun pozuntusudur. Bu halın yaşanmasında birbaşa günahkar sinif rəhbəri və direktordur. Həmin şagirdlərin qiymət vərəqələrinə baxdıqda, ümumiləşmiş sözlərin yazıldığını görərik. Çünki məsul şəxslər, məktəb rəhbərliyi şagirdlərlə məşğul olmur.
Məktəb direktorlarına ismarıc:" Kabinet yox, məktəb direktou olmaq lazımdır"
11:49 12.02.2018
Arxiv
868
Kamran Əsədov:"Baş verən hadisələr sübut edir ki, orta məktəb direktorlarının peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sinif rəhbərləri, məktəbin psixoloqu, tibb işçiləri mütəmadi olaraq şagirdləri yoxlamalıdırlar"
Məktəblilər arasında zərərverici maddələrin, narkotik, psixatrop vasitələrin təbliği qanun pozuntusudur. Bu halın yaşanmasında birbaşa günahkar sinif rəhbəri və direktordur. Həmin şagirdlərin qiymət vərəqələrinə baxdıqda, ümumiləşmiş sözlərin yazıldığını görərik. Çünki məsul şəxslər, məktəb rəhbərliyi şagirdlərlə məşğul olmur.
"Son 5 ildə təhsildə baş verən neqativ hallar əvvəlki dövrlə müqayisədə dəfələrlə çoxdur”.
Bunu "Sherg.az”a təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.
O vurğulayıb ki, məktəbdə şagirdlərin bir-birinə qarşı fiziki, cinsi zorakılıq tətbiq etməsi, müəllim-tələbə, müəllim-müəllim münasibətləri ciddi problemə çevrilib:
"Əslində əvvəlki illərdə də belə mənfi hallar yaşanırdı. İndi isə bu adi hala çevrilib. Təhlükə də məhz budur. Ailə daxilində, məhəllədə, hansısa məkanda bundan da mənfi hadisələr ola bilər. Amma orta məktəblər digər məkanlardan fərqli olaraq, öz xüsusiyyətlərinə görə seçilir. Bura öz dəyərinə görə, ən müqəddəs yerdir. Məktəbə xüsusi hörmətlə yanaşmalıyıq.
Baş verən hadisələr sübut edir ki, orta məktəb direktorlarının peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sinif rəhbərləri, məktəbin psixoloqu, tibb işçiləri mütəmadi olaraq şagirdləri yoxlamalıdırlar. Qanunvericilikdə də göstərilir ki, minimum iki aydan bir şagirdlərin tibbi müayinəsi həyata keçirilməlidir. Bu prosesləri məktəb direktorları nəzarətə götürməlidir. Halbuki sinif rəhbərləri şəxsi kabinetlərə kamera quraşdırır, amma sinif otaqlarına yox.
Məktəblilər arasında zərərverici maddələrin, narkotik, psixatrop vasitələrin təbliği qanun pozuntusudur. Bu halın yaşanmasında birbaşa günahkar sinif rəhbəri və direktordur. Həmin şagirdlərin qiymət vərəqələrinə baxdıqda, ümumiləşmiş sözlərin yazıldığını görərik. Çünki məsul şəxslər, məktəb rəhbərliyi şagirdlərlə məşğul olmur.Bu gün orta ümumtəhsil məktəblərində məktəb-valideyn assosiasiyaları işləmirlər. Cəmiyyətdə belə fikir formalaşıb ki, tərbiyə evdən, ailədən gəlir. Düzdür, tərbiyə ailədən gələ bilər, amma tərbiyəsizlik ailədən yayılmır. Heç kim övladına demir ki, get məktəbdə narkotik sat, kimisə incit və s. Bunun baş verməsi üçün şərait məktəbdə yaradılır. Ona görə, ciddi şəkildə nəzarət, hesabatlılıq olarsa, neqativ hallarının baş verməsi azalar, tədricən yoxa çıxar”.
Qeyd edək ki, Bakıda yerləşən 138 saylı orta məktəbdə ağlasığmaz hadisə baş verib. Belə ki, yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb. Polisə məlumat verən məktəbin direktor müavini, Əhmədova Bikə Elsevər qızının sözlərinə görə, 2002-ci il təvəllüdlü 10-cu sinif şagirdi T.Qasımov (istintaq maraqlarına görə ad açıqlanmır - red.) öz sinif yoldaşlarına güclü təsir edən psixotrop maddə satır. Bu barədə Əhmədovaya Qasımovun sinif yoldaşları məlumat veriblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm