"Mənzillərin qazlaşdırılmasına nəzarət gücləndirilməlidir"- Deputat
13:43 13.02.2018
Arxiv
673
" "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin işlənib hazırlanması zamanında və yerində atılmış addımdır. Yaxşı haldır ki, müvafiq icra hakimiyyəti orqanı qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum yaradır. Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır".
"Sherg.az" xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova söyləyib.
Xanım deputat qeyd edib ki, binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qazpaylayıcıların, qaz qurğularının yararlı və ya yararsız olub-olmamasına nəzarət edilməsi daha da gücləndirilməlidir:
"Çünki məsuliyyətsizlik nəticəsində neçə-neçə ailələr, insanlar əziyyət çəkir, evlərini və ya həyatlarını itirirlər. Belə bədbəxt hadisələr hətta yeni inşa edilmiş binalarda da baş verir. Buna misal olaraq qaz sızması nəticəsində 28 may metro stansiyası ilə üzbəüz, Dəmiryol vağzalı meydanında yerləşən yeni tikilidə baş verən partlayışı göstərmək olar. Bu zaman bir insan həyatını itirib, binaya böyük maddi ziyan dəyib, ailələr hələ də evlərinə qayıda bilmir. Axı bu məsələyə görə kimsə məsuliyyətə cəlb olunmalıdır. Bizdə isə adətən belə hallarda müqəssirləri tapmaq çox çətindir, hamı bir-birinin üstünə atır.
Qaz çəkilişi zamanı müvafiq qaydalara əməl etməyən şəxslər, sakinlərin özü və ya çəkilişin müvafiq qaydalara uyğunluğu barəsində rəy verən qurum məsuliyyət daşımalı, əgər hər hansısa nöqsan və ya qayda pozuntusu ucbatından bədbəxt hadisə baş verərsə, onda həmin quruma da bu qaydalara əməl etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb olunmalı, cərimə verməli və daha ciddi cəzalar almalıdırlar.
Düşünürəm ki, bu istiqamətdə lazımı dəyişiklik və əlavələrin edilməsinə, qanunun daha da sərtləşdirilməsinə, ən əsası isə belə hadisələrə görə, məsuliyyət daşıyan qurumun aydınlaşdırılmasına çox böyük ehtiyac vardır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region