"Mərkəzi Bankın xəbərdarlığı vətəndaşların zərər görməməsinə yönəlib"






"Azərbaycanda kritovalyutalarla bağlı infrastruktur zəifdir”

Bu barədə "Sherg.az”a iqtsadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, burda qeyri- adi heçnə yoxdur:

"Dünyada mərkəzi bankların böyük qismi kriptovalyuta bazarında müşahidə edilən hadisələrlə bağlı xəbərdarlıqlar edib. Bu istiqamətdə həmçinin müvafiq tədbirlərin görülməsi, nəzarət mexanizmlərinin hazırlanması kimi məsələlər gündəmə gəlib. Uzun müdətdir ki, Şərq dünyasının böyük mərkəzi banklarından biri olan Federal Ehtiyat Sistemidə (FES) bununla bağlı mövqeyini ortaya qoyub. Xüsusi ilə söhbət "bitcoin" ətrafında baş verənlərdən gedir. "Bitcoin"lər 2017-ci ilin əvvəlində təxminən 1000 ABŞ dolları olduğu halda 2017-ci ilin sonlarında 20 500 ABŞ dolları həddinə qədər bahalaşdı.Və hazırda isə 7000 ətrafında dinamika nümayiş etdir.

Yəni qısa müddətdə bu qədər kəskin bahalaşdı. Sonra əhəmiyyətli səviyyədə ucuzlaşdı.Ucuzlaşma gözlənilən kimi bəzi məsələləri müəyinləşdirmişdi.Çünki bazarlarda qısa müddətdə sürətli bahalaşma müəyyən spekulyativ davranışların nəticəsi olaraq üzə çıxır. Və burada korrelyasiyaların baş verməsi qaçılmazdır. Hazırda bazarlarda bu müşahidə olunur. Və proses özü-özlüyündə müəyyən qrup invektrlara,bazar iştirakçılarına çox ciddi gəlir gətirir. Amma digərləri böyük gəlir mənbəyinə çevrilib.

Bu baxımdan Azərbaycan Mərkəzi Bankının (AMB) xəbərdarlığı da təqdirəlayiq esab edilir. 
Azərbaycanda kriptovalyuta bazarlarında iştirak edən müəyyən sosial qruplar var. Onlar onlayn formada bazarların iştirakcısıdır.Və son nəticə bu insanların Azərbaycan üçün valyuta işçiləri deməkdir. Bu valyutalar alınır. Bazara daxil olmaq üçün bu valyuta ilə vəsaitlər sərf olunur.Və bunun da təbii ki, ölkəyə qaytarılması mümkün deyil. Xəbərdarlıq bir tərəfdən vətəndaşların bu itkilərdən zərər görməməsinə yönəlib. Digər yandan bu, ölkədən çıxan valyuta axınının qarşısının alınmasına yönəlib”.

Kənan Eynuroğlu