"Məsələ araşdırılır" - XİN Ermənistanın Hindistandan silah alması xəbərinə münasibət bildirdi



"Ermənistanın Hindistandan silah almağa hazırlaşması barədə yayılan xəbərlə bağlı məsələ tərəfimizdən araşdırılır".

Sherg.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Məsələ hindistanlı tərəf müqabillərimizlə müzakirə olunacaq”, - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Ermənistan Hindistan istehsalı "Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.