"Mətanətin ad gününə qatılmağıma peşman deyiləm"
09:17 26.02.2019
Arxiv
561
Könül Xasıyeva: "Maddiyyatı ödəmək olur, mənəvi borclar var ki, onu zamanında qaytarmaq vacibdi"
Son günlər Xalq artisti Könül Xasıyevanın həmkarı, sənət dostu Mətanət Əsədovanın ad günündə iştirakı müzakirələrə səbəb olub. Xanəndənin atasının 40 mərasimi bitməmiş Mətanət Əsədovanın doğum günündə iştirakını birmənalı qarşılamayıb, qınayanlar oldu. Uzun müddətdir xəstəliyi ilə əlaqədar çətin dönəmlərini yaşayan Xalq artisti «Şərq»ə açıqlamasında söz-söhbətlərə aydınlıq gətirdi, onu qınayanlara cavab verdi: «Mən həyatın çətinliklərini yaşayan qadınam. Allahıma qurban olum, çox sınaqlardan keçmişəm. Həyat məni canımla da imtahana çəkib, balamla da sınağa çəkilmişəm, malımla da. Ona görə də həyatda maddiyyatın da, mənəviyyatın da nə olduğunu bilirəm. Bəzən maddi borcları ödəmək mümkün olur.
Amma mənəvi borclar var ki, onları ödəmək asan deyil. İnsan yıxılanda, çətinliklə üzləşəndə, həyat ona elə dərslər keçir ki, bir anda həyatın görünməyən tərəflərini görə bilirsən. Mən də həyatımın dərsini almışam. Çətin günlərimdə məni unudanları da tanımışam, dar günümdə mənə dəstək olanları da görmüşəm. Həyatda elə insanlar var ki, onlara sağ ikən dəyər verilməlidir. Elə-belə deməyiblər ki, sağlığında dəyər verin insanlara.
Bizim millət daha çox öləndən sonra insana dəyər verməyi sevir. Mən öləndən sonra məni sənətkar deyib ağlamaqdansa, sağ ikən o dəyəri göstərsələr, bəlkə ömrüm uzanar. Mətanət sağlığında dosta dəyər verən insandı. Onun böyük ürəyi var. Mətanət mənə elə jest edib ki, mən onun doğum gününə getməyə bilməzdim. Atamın 40-ı çıxmadığı üçün məni məclisə dəvət etməyə ürək etməmişdi.
Mən eşitdim ki, onun doğum günüdür. Özümə borc bildim ki, o məclisə qatılım. Çünki mənim ona mənəvi borcum var idi. Maddiyyatı ödəmək olur, mənəvi borclar var ki, onu zamanında qaytarmaq vacibdi. Mən oğlumun səhhətinin pis olmağına baxmayaraq Şəkidən Bakıya gəldim ki, o məclisə qatılım.
Bütün tənqidlərə baxmayaraq ora getdiyimə görə də peşman deyiləm. Həyat müvəqqətidir. Xeyirlə şər qardaşdı. Ona görə də mənim yasımın olması Mətanətin şad gününə kölgə salmamalı idi. Qaldı məclisdə şabaş yığmaq məsələsinə, mən şabaş yığmaq üçün ora gəlməmişdim.
Oxuyanda mənə dəyər verən insanlar, sənətimə sevgisi olanlar şabaş verdilər. Bu bizim adət-ənənəmizdi. Biz məclislərdə dəyər verdiyimiz sənətkarlara nəmər, şabaş vermişik. Bu adəti dəyişə bilməz kimsə. Mənə nəmər verdilər, mən də qəbul etdim. Bunu həm də hörmət xatirinə qəbul edirsən. Mən də o hörmətin qarşılığını göstərdim.
Kimdənsə pul dilənməmişdim ki, məni belə tənqid etdilər. Vallah ayıbdı. Yenə deyirəm, Mətanət mənim kiçik bacımdı, dəyərli sənətkardı, əsas isə böyük ürəyə sahib qızdı. Mən onun sənətinə də, xanımlığına da hörmət etmişəm. Çünki o, bu dəyəri qazanıb. Kim bu dəyəri fərqli şəkildə təqdim etməyə çalışırsa, bunu da o insanların vicdanına buraxıram. Allah hamıya kömək olsun!».
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
18:45 12.05.2026
Siyasət
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat