Məzahir Pənahovun qardaşı vəfat etdi





Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı vəfat edib.
 "Qafqazinfo” xəbər verir ki, MSK sədrinin qardaşı Mahir Pənahov uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. O, 2013- cü ildən etibarən Vergilər Nazirliyində çalışıb. Nazirliyin Milli Gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində işləyib.
Qeyd edək ki, M. Pənahov 1960- cı ildə Tovuz rayonunda anadan olub. Onun nəşi anadan olduğu Tovuz rayonunda torpağa tapşılıracaq.
Martın 1-də Bakıda Heydər məscidində mərhuma ehsan veriləcək.