
“Mikayıl Cabbarov yeni konsepsiyanı təqdim etdi”
16:01 13.02.2018
Arxiv
1013
"Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni konsepsiyanı təqdim etdi”.
Bu barədə "Sherg.az”a vergilər naziri Mikayıl Cabbarovun "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışlarından danışarkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev bildirib. O diqqətə çatdırıb ki, yeni nazir martın 31-nə qədər bütün vergi subyektlərinin vergi məcəlləsi ilə bağlı təkliflərini göndərməsini xaiş edib:
"Bu, ictimai iştirakın səviyyəsinin artırılması ilə bağlı məsələdir. Eyni zamanda maraqlı tərəflərin vergi məcəlləsinin hazırlanmasında iştirak etməsi elan olundu. Vergi orqanlarda pozitiv məqamlarla yanaşı, neqativ halların baş verməsi barədə də fikirlər səsləndirildi. Məsələn, bəzi hallarda ikiqat vergitutmanın olması, gizli iqtisadiyyat problemi, vergi ödəyicilərinin qanunsuz vergilərə cəlb edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında inamlı münasibətin qurulması, bu sahədə şəffaflığın təmin edilməsi problemləri qeyd edildi.
Nazirin sözlərinə görə, vergilər haqqında qanunvericiliyə 28 dəfə dəyişiklik edilib. Bu isə vergi ödəyicilərinə müsbət təsir etməyib. Yeni qanunvericiliyi öyrənmək, tətbiq etməklə bağlı problemlər ortaya çıxır. Bütün vergilərin ödənilməsində könüllülük prinsipinin stimullaşdırılması üçün zəruri tədbirlərin görülməsi vacibdir”.

Vergi yoxlamalarının azaldılmasına toxunan Ə.Nuriyev hesab edir ki, yeni nazirin çıxışında məsafədən yoxlanış sistemi, elektron qaydada ödənişlərin qəbul edilməsi zərurəti vurğulanıb:
"Kadrların hazırlanması prosesində metodologiyanın tətbiqi məsələsi də ortaya qoyuldu. M. Cabbarov qeyd etdiyi vergi münasibətlərində yeni yanaşmalar həm sahibkarların, həm vergi orqanlarının – bütövlükdə dövlətin maraqlarına uyğundur. Verginin tam olaraq toplanması dövlətin qüdrətinin artmasına da təkan verir.
Nazirin çıxışında "vicdanlı yanılma” məsələsi xüsusi qeyd edildi. Məsələn, hesabat verilərkən, bilmədən səhvlərə yol verilə bilər. Əsas məsələ vergidən bilərək yayınma hallarının aradan qaldırılmasıdır. Buna şərait yaradan müəssisələr, onların rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region