Millət vəkili AŞ-ı qabaqlamağı təklif etdi: "Onlar çıxarmamış, biz çıxmalıyıq"



 

Parlamentin bugünkü iclasında millət vəkili Tahir Kərimli Azərbaycanın Avropa Şurasından çıxması haqqında qərar qəbul etməsi çağırışını edib. 

Sherg.Az bildirir ki, millət vəkilinin sözlərinə görə, əgər AŞ ölkəmizi bu qurumdan çıxarmaq istəsə, əks addım atılmalıdır: "Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq. Yəni biz onları qabaqlamalıyıq.


Mən xatırlatma etmək istəyirəm. Vaxtilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv etdi. Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ problemi məsələsində Azərbaycana dəstək olacaq. Amma uzun illərdir ki, bu müşahidə edilmir. 

Əvəzində Avropa Şurası xristian təəssübkeşliyindən çıxış edir. Biz şərq ölkəsiyik. Sadəcə görünüşümüz Avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz Avropa yox, asiyalıyıq. Heç kimin diktəsi ilə yaşamamalıyıq. Kimsə bizə diktə edə bilməz”.

Deputatın çıxışına münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, Azərbaycan AŞ-a kor-koranə itaət etsəydi, bu zaman belə çıxışlar olmazdı. Sədrin sözlərinə görə, məsələnin köküündə erməni diasporu və Azərbaycana qarşı qərəz dayanır". 

 Anar