Millət vəkili: "Dövlətimizin siyasəti insanların sosial rifahının yaxşılaşması istiqamətindədir"



İqtisadi və sosial məsələlrlə bağlı keçirilən müşavirədə çıxış edən dövlət başçısı vətəndaşları narahat edən məsələlərdən birinin də problemli kreditlərlə bağlı olduğunu bildirib. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb. 

Problemli kreditlərlə bağlı məsələnin həm insanları, həm də bankları çətin vəziyyətdə qoyduğunu vurğulayan ekspertlər prezidentin problemli kreditlərin həllini diqqətdə saxlaması, problemin həlli ilə bağlı yaxın gələcəkdə konkret addımların atılacağı ilə bağlı səsləndirdiyi bəyanatı olduqca mühüm və təqdirəlayiq hesab edir.

Millət vəkili Azər Badamov problemli kreditlərin həllinin cəmiyyəti düşündürən vacib məsələlərdən olduğunu deyib. Onun sözlərinə görə, neçə illərdir ki, xarici valyutada alınmış kreditlərin ödənilməsində cəmiyyətin aztəminatlı təbəqəsi əziyyət çəkir”.

Millət vəkli hesab edir ki, bu problem günü - gündən dərinləşməkdədir və burada dövlətin müdaxiləsinə ehtiyac var:

 "Ölkə başçısı fevralın 25-də keçirdiyi müşavirədə xüsusilə problemli kreditlərin üzərində dayanmış, bu məslənin həll edilməsi istiqamətində işçi qrupun yaradıldığını qeyd edərək demişdir ki, bu problem yaxın zamanda öz həllini tapacaqdır. Problemli kreditlərin həlli əhalinin aztəminatlı təbəqəsi və banklar üçün çox vacibdir. Çünki , bu problemdən 100 mindən çox insan əziyyət çəkir, banklarımız da iqtisadiyyatın kreditləşməsində yaxından iştirak edə bilmirlər. Düşünürəm ki, yaxın zamanlarda ölkə başçısının siyasi iradəsi sayəsində bu problem də öz həllini tapacaqdır. Dövlətimizin siyasəti insanların sosial rifahının yaxşılaşması istiqamətindədir. Ölkə başçısının son zamanlar imzaladığı sərəncamlar insanların sosial vəziyyətini kifayət qədər yaxşılaşdıracaqdır və növbəti sərəncamlardan birisi də problemli kreditlərlə bağlı olacaqdır”.

Şəymən