Milli kimliyi unutmaq olmaz
06:22 15.09.2018
Arxiv
649
Gürcü dilində təhsil alan uşaqlar öz ana dilində danışmağa zorlanır
Gürcüstanda yaşayan soydaşlarımızın ana dili və kadr problemi həmişə aktual mövzulardan biri olub. Ana dilində təhsil verən müəllimlərin və məktəblərin olmaması soydaşlarımızı daim narahat edirdi. Bu üzdən Gürcüstanda yaşayan və təhsil alan, amma doğma dilimizi bilməyən azərbaycanlıların sayı kifayət qədərdir.
Soydaşlarımızın kadr probleminin olduğu da bəllidir. Gürcüstan dövlət strukturlarında çalışan azərbaycanlılar yetərincə azdır. Hökumət isə bunun səbəbini soydaşlarımızın dili bilməməsində görür. Məhz buna görə də mövcud problem həllini tapmır.
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanda elə gənclər var ki, Azərbaycandilli məktəblərin bağlanmasını təklif edirdilər və onlar nə qədər iddialı görünsələr də, faktiki olaraq hansısa qrupların maraqlarından çıxış edirlər:
"Hər halda ana dilində dərs verən bir ocağı bağlamaq bir məscidi yerlə-yeksan etməkdən də betərdir. Avropaya inteqrasiya edən Gürcüstan milli azadlıqları, mədəniyyəti, dili inkişaf etdirmək, öz dillərində oxumaq hüququ verir. Yəni ki, dili, mədəniyyəti, milli inancı unudaraq digər millətə inteqrasiya ilə yox olmaqdan söhbət gedir. Gürcü dilində tədrisin üstünlüyü olsa da, öz ədəbi dilinin unudulması, milli kimliyin əsas atributunu zədələyən bir kütlə yaranır. Bu gün gürcü dilində təhsil alan uşaqlarımıza fikir verin, onlar öz dilimizdə danışmağa kifayət qədər zorlanırlar və bu zaman kimlərinsə əlində bir alət olurlar. Deməli, etnik şəxsiyyətlər yetişdirmək lazımdır ki, o şəxsiyyətlər milli kimliyi ilə dövlətimizə yardım etsin.
Düşünürəm ki, milli dəyərləri yox etmək olmaz, ümumiyyətlə, bu barədə danışmağın özü də absurddur. Sadəcə, Gürcüstan cəmiyyəti və siyasi sistemi milli göstəricilərini soydaşlarımıza sevdirməyi bacarmalıdır. İnsanlarımız gedirlər hansısa xarici ölkəyə və bir ilin içərisində həmin xarici dili öyrənirlər. Deməli, Gürcüstanın qurduğu siyasi sistem yanlışdır və kifayət qədər soydaşlarımız üçün də müxtəlif problemlər yaradıb. Gürcüstan siyasi hakimiyyəti bizim soydaşlarımıza yanaşmada səmimi olmadıqca bu cür hallar davam edəcək".
Soydaşlarımızın hansısa dövlət strukturlarında təmsil olunması məsələsinə gəlincə, Z.Məmmədli bildirib ki, azərbaycanlıların kadr olaraq azlığında dil baryer ola bilməz:
"Soydaşlarımız dili bilməyə bilər, dövlətin vəzifəsidir ki, fikrini ifadə etmək üçün tərcüməçidən istifadə etsin. Amma görünür ki, soydaşlarımız siyasətə meyilli deyil. Bəzi gənclərimiz var ki, ictimai-siyasi proseslərdə fəaldırlar. Düşünürəm ki, milli məktəbləri qorumaqla, Saakaşvilinin tətbiq etdiyi ali təhsil modeli təkmilləşdirməklə start götürən gəncliyimizin get-gedə siyasi proseslərə təsir imkanları çoxalacaq. Onlar siyasətdə daha çox olduqca hakimiyyət orqanlarında çalışacaqlar".
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol