Milli Məclisdə müzakirə:“Zəngəzur Azərbaycana qaytarılmalıdır”
09:51 09.07.2021
Arxiv
405
“Bəzi şəxslər sosial şəbəkələrdə yazırlar ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərman Ermənistana qarşı ərazi iddiasıdır. Mən bunu qətiyyən rədd edirəm”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, eyni fikirləri Ermənistan və onların havadarları deyir.
Deputat Fəzail Ağamalı isə bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır: “Bizim ora iddiamız var. 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcə Zəngəzur yox, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Niyə ermənilər heç öz ərazisi olmayan yerlərə iddia edir, böyük Ermənistan xülyasıyla yaşayırlar? Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdənsə çəkinməliyik?! Kimsə desə iddia edirsən?! Yaxşı edirəm. Yaxşı edirik. Biz öz tarixi torpaqlarımıza iddialıyıq və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir”.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, Zəngəzur Ermənistana o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib: “Yazıq Nəriman Nərimanovu buna məcbur etdilər. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Altay Qazaxıstandan alındı. Bu sonuncu qərarla türk dünyasının xətti qırıldı. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir. Çünki bu vahid türk xəttinin bərpası deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət