“MilliÖn” aparatından növbəti "oyun" : 20 qəpik atırsan, karta 10 qəpik yüklənir"

"Sakinlərin şikayətlərindən aydın olur ki, "MilliÖn” aparatlarının bəzilərində problem var”.
Bunu "Sherg.az”a istifadəçilərin "MilliÖn” ödəniş sistemində olan problemlərlə bağlı danışarkən İnformasiya Texnologiyaları (İT) eksperti Cahid İsmayıloğlu söyləyib. 
O vurğulayıb ki, aparatlar atılan qəpiklərin çəkisinə uyğun müəyyənləşdirmə aparır:
"Sakinlər iddia edir ki, 20 qəpikləri terminala ötürdükdə 10 qəpik şəklində karta yüklənir. Əgər belə hal yaşanıbsa, ola bilər qəpiyin özü aşınmaya məruz qalıb. Həmin qəpiyin çəkisi aşağı düşəndə aparat 20 qəpiyi 10 qəpik kimi tanıyır. 
Güman ki, kiminsə başına belə hadisə gəlib. Bu o demək deyil ki, bütün aparatlarda problem var, yaxud sistem bu cür quraşdırılıb. 
Əgər sistemlə "oynanılmış” olsaydı, bütün aparatlarda belə problem yaşanardı. "MilliÖn” aparatlarında gün ərzində minlərlə yükləmə həyata keçirilir. Belə hallar isə tək hallarda baş verir”.
Aysel Aslan