Milyarderin oğlu itinə 8 ədəd iPhone 7 aldı - FOTO





Çinli milyarderin oğlu Van Sikonq Koko ləqəbli itinə 8 iPhone 7 smartfonu hədiyyə edib.
modern.az xəbər verir ki, bu barədə məlumat itin "Weibo" sosial şəbəkəsində yerləşən şəxsi səhifəsində yer alıb.
Çində yeni iPhone 7 Plus smartfonlarının qiyməti 7988 yuan (1197 dollar) təşkil edir.
Van Sikonq ilk dəfə deyil ki, öz hərəkətləri ilə diqqət cəlb edir. Bundan öncə, o, itinə 37 min dollar dəyərində brilliant qolbaq və 2 Apple Watch saatları hədiyyə etmişdi.