Möcüzə it: Saymaq bilir





Türkiyənin Balıkəsir şəhərində Qoldan cinsindən olan  "Efe" adlı it bazarda bir iş adamının sevimlisi oldu. Sherg.az türk mediasına istinadən bildirir ki, hər səhər iş adamının  yanına gələn it, hürərək yemək gözləyir. İş adamının  söylədiyi  qədər hürən it, mükafat olaraq yemək alır.

Efeyə 1,5 aylıqkən sahibləndiyini ifadə edən Gürkan Ege, "Yeməyi çox sevdiyi üçün ona mükafat olaraq ədəd saymağı öyrətdim. Bir rəqəm söyləyirsən, o qədər hürür. Bu üsulla iş adamından yemək alır. 1-dən 10-a qədər ədədlərdə hürür" deyib. Efeye hər səhər yemək verdiyini söyləyən Murad Yılmaz isə bunları söyıəyir: "Hər səhər gəlir məndən sosiskasını, ya da kolbasasını alır. Qapının qarşısında dayanar, qapı bağlı olanda pəncəsi  ilə açar, hürər. "3" deyərəm, 3 dəfə hürər, yeməyini alar. Bir şey verməsəniz hürməz".

Turan