"Momo" təhlükəsi yenidən qayıtdı: Avropa ayağa qalxıb

 Dünya səviyyəsində təhlükə yaradan və toruna saldığı gəncləri intihara sürükləyən "Momo" oyunu yenidən qayıtdı! Bu dəfə tam fərqli bir şəkildə...
Gəncləri özünə zərər verməyə və intihara təşviq edən oyun təkrar yayılır. Qorxunc üzüylə nə olduğu aydın olmayan "Momo", WhatsApp üzərindən istifadəçilərə şiddət məzmunlu şəkil və ya təhdid məzmunlu mesajlar göndərir. "Momo"yla "danışan" 7 yaşlı bir uşağın məktəb yoldaşlarına körpəyə bənzəyən varlıqların yuxularında onları öldürəcəyini söyləməsinin ardından İngiltərədə də "Momo" həyəcanı verildi. 
Yaxşı, nədir bu "Momo"? Böyük sirr işıqlanır! "Momo" özbaşına ortaya çıxan bir virtual dəlilikdən daha böyük təhlükəlidir. Oyunun mərkəzində  qabarıq və qara gözlü bir qadının narahatedici görüntüsü var. Bu nömrələri Whatsappa əlavə etdiyinizdə telefonun arxasındakı adam sizə bir çox vəzifə verir. Bu vəzifələrin çoxu özünə zərər verməyə və sonunda intihara qədər getməyə səbəb olur. 
İnternetdə bir anda qarşınıza çıxan bəzi cib telefonu nömrələri oyunu oynaya bilmək üçün onları WhatsAppa əlavə etmənizi istəyir. "Momo" vizualının orijinalı Yaponiyanın xüsusi efekt şirkəti olan Linkin hazırladığı bir heykəlin fotosudur. İlk dəfə 2016-cı ildə Tokio fetiş muzeyində sərgilənən heykəlin gerçək adı isə "Ana quş"dur. "Ana quş Momo" ilk dəfə 2016-cı ildə bir yaponun instagram hesabında görünüb. İki il sonra isə Facebookdakı bir qrupda oyunun başladığını ifadə edən bir post paylaşılıb. Məşhur paylaşma saytı Reddit'in Facebook hesabında bir istifadəçi tərəfindən paylaşılan postda insanlar oyuna dəvət edilib. Ardından oyun daha geniş kütlələrə yayılmağa başladı. İnsanlar "Momo"nu görə bilmək üçün o cib telefonu nömrələrini bir-bir Whatsapplarına əlavə etdilər. Kolombiya, Argentina və Hindistan kimi ölkələrdə intihar hadisələri ard- arda gəldi. Daha sonra İspaniyaya yayılan oyunda Amerikanın cib telefonu nömrələri də görünməyə başladı. Ölümlər geniş diametrdə səs-küy yaratdı və təhlükəsizlik səlahiyyətliləri oyunla əlaqədar bir sıra xəbərdarlıq yaydı. Ancaq polis, hadisənin "Momo" fotosunu istifadə edən və bir-biriylə əlaqəsi olmayan birdən çox Whatsapp nömrəsinin olduğunu ortaya çıxardı. Mütəxəssislər isə bu tip virtual oyunlara qarşı ailələri xəbərdar etməyə davam edir.