Əli Əliyev: “Partiyada hamı ictimai əsaslarla çalışır”
Müxalifət partiyalarında heç kim maaş almır
21:11 04.10.2016
Arxiv
600
Sərdar Cəlaloğlu özü şənbə-bazar, bayram günləri partiyaya gəlir
Əli Əliyev: “Partiyada hamı ictimai əsaslarla çalışır”
Əli Əliyev: “Partiyada hamı ictimai əsaslarla çalışır”
Əli Oruclu: "Partiyada daimi çalışan və əməkhaqqı alan işçilər yoxdur”
Medianın zaman-zaman gündəmə gətirdiyi məsələlərdən biri də Azərbaycanda mövcud olan müxalifət partiyalarının fəaliyyəti ilə bağlıdır. Təbii ki, ölkə ictimaiyyətini maraqlandıran həmin təşkilatların aktiv və ya passiv olması, siyasi proseslərdə necə iştirak etməsi deyil.
Çünki Azərbaycanda mövcud olan əksər müxalifət partiyalarının səsi-sorağı sadəcə seçkidən-seçkiyə gəlir. Demək olar ki, bir çox partiyanın fəaliyyəti sıfırdır. Bu baxımdan insanların diqqətini çəkən başqa məsələdir. Müxalifət partiyalarında rəhbərlikdə, idarəetmədə çalışan insanlar qurumdan əməkhaqqı alırlarmı, yoxsa onların hamısı ictimai əsaslarla, yəni maaşsız çalışırlar? Nəzərə alsaq ki, hər partiyanın Mərkəzi Aparatı var və Aparatda bir neçə şəxs fəaliyyət göstərir, deməli, işləyənlərə müəyyən miqdarda əməkhaqqı vermək zərurəti yaranır. Məsələni araşdırmaq üçün bir neçə müxalifət partiyası ilə əlaqə saxladıq. Mövzu ilə bağlı "Şərq”ə danışan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu təşkilatda çalışanların maaş almadığını dedi: "Bizim partiyada bütün işçilər ictimai əsaslarla çalışır. Onların heç birinə məvacib vermirik. Çünki maddi gəlirimiz yoxdur. Partiyanın yüngülvari cari xərclərini də öz hesabımıza həll edirik. Ümumiyyətlə, elə çox işçimiz də yoxdur. Daimi işləyən işçimiz isə heç yoxdur. Mən özüm şənbə-bazar, bayram günləri partiyaya gəlirəm, eləcə də işçilərdən kim istəsə, vaxtları olsa təşkilata gəlir, burada işlərini görürlər”.
Vətəndaş İnkişafı Partiyasının sədri Əli Əliyev də qurumda maaş alan işçisinin olmadığını bildirdi: "Partiyada hamı ictimai əsaslarla çalışır. Ancaq partiya üzvlərindən yığılan az miqdarda pulla təşkilatın Mərkəzi Aparatının, qərargahın müəyyən xərcləri ödənilir. Bununla yanaşı, toplanan pul texniki vasitələrə sərf edilir və bəzi səfərlər maliyyələşdirilir. Bizim Mərkəzi Aparatda ümumilikdə 11 nəfər çalışır. Onların 3 texniki işlə məşğul olur, 9 nəfər isə rəhbərliyi həyata keçirir”. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu bəyan etdi ki, müxalifət partiyalarının acınacaqlı maddi durumları göz önündədir. Onun fikrincə, partiyalar heç bir maddi-texniki təminat və qərargah olmadan fəaliyyət göstərmək məcburiyyətində qalırlar: "Ölkənin aparıcı siyasi təşkilatları tələb olunan kriteriyalardan kənarda qalıblar. Başqa partiyaları deyə bilmərəm, amma AMİP büdcədən və hansısa naməlum mənbələrdən heç bir maliyyə yardımı almır. Ona görə də partiyada daimi çalışan və əməkhaqqı alan işçilər yoxdur. Bəzi kommunal və digər xırda-para ödənişləri yığılan üzvlük haqları və ianələrin sayəsində həyata keçiririk. Ancaq toplanan üzvlük haqları da o qədər yüksək məbləğ deyil”. Müsavat Partiyası başqanının müavini Elman Fəttah da partiyada durumun fərqli olmadığını söylədi: "Müsavat Partiyasında hamı ictimai əsaslarla çalışır. Əməkhaqqı alan yoxdur. Digər çalışanlardan fərqli olaraq rəhbərlik və başqan müavinləri adətən hər gün qərargahda olurlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat