Narkotacirlər saxlanılıb
19:30 12.01.2020
Arxiv
601
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş rayon sakini Cavad Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən kibrit qutularında və kağız bükümlərdə ümumi çəkisi 32,75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
C.Kərimovun ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə üzərində daşıdığı narkovasitəni rayonun Pirəzə kənd sakini Əfqan Abdullayevdən aldığı müəyyən olunub. Ə.Abdullayevin yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidən 218,22 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. C.Kərimov və Ə.Abdullayev şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət