Nazarbayevdən Putinə atmaca: "Biz heç olmazsa nədəsə Rusiyadan irəlidə olmalıyıq"
19:30 04.10.2016
Arxiv
295
Qazaxıstanın paytaxtı Astanada Rusiya-Qazaxıstan biznes forumu keçirilib.
APA TV-nin məlumatına görə, forumda Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edib.
Tədbir maraqlı məqamlarla yadda qalıb. Forumda iki ölkə arasında biznes-əlaqələrin indiki səviyyəsi müzakirə olunub, statistik göstəricilərə diqqət yetirilib.
Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev çıxışında ölkəsində münbit biznes mühitinin olduğuna diqqət çəkib.
N. Nazarbayev ölkəsinin Dünya bankının vergi dərəcələrinin müəyyənləşdirilməsi reytinqində Rusiyanı xeyli qabaqladığını deyib:
"Biz 189 dövlətin daxil olduğu reytinq cədvəlində 18-ci, Rusiya isə 47-ci pillədə qərarlaşıb", - deyə o vurğulayıb
Daha sonra biznes forumdakı işgüzar mühitin gərginləşməməsi üçün Qazaxıstan prezidenti nitqinə bir qədər zarafat qataraq, "Biz heç olmazsa nədəsə Rusiyadan irəlidə olmalıyıq" - ifadəsini işlədib.
Qeyd edək ki, bir qədər əvvəl açıqlanan "Doing Business" reytinqində Qazaxıstan əlverişli vergi mühitinə malik ölkələr arasında Rusiyanı 30 pillə qabaqlayır.
Putin isə öz növbəsində Qazaxıstandakı inkişafı təqdir edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat