
"Nazarbayevin bahar bayramı ərəfəsində istefa verməsi dərin simvolik məna daşıyır" - Aktual ŞƏRH
13:53 19.03.2019
Arxiv
696
"Qazaxıstan prezidenti Nursultan Nazarbayev Novruz bayramı ərəfəsində istefasını elan etdi”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin gözlənilməz istefa qərarını şərh edən ekspert bildirib ki, bu tarixi addım, bahar bayramı və yenilənmə ərəfəsində dərin simvolik məna daşıyır:
"Nazarbayev öz adını xalqının tarixinə və postsovet məkanının tarixinə qızıl hərflərlə yazdırıb. O, çətin geosiyasi şəraitdə cəmiyyətdə sülh və sabitliyin qorunub saxlanmasına, Qazaxıstanın regionda lider ölkə kimi qurulmasına nail olub. Azərbaycan xalqı müasir Azərbaycan-Qazaxıstan münasibətlərinin qurulmasında və inkişafında bu şəxsin xidmətlərini heç zaman unutmayacaq.

Dağlıq Qarabağ münaqişəsinin həllində, regional və beynəlxalq siyasətin bütün əsas məsələlərində onun prinsipial mövqeyi Nazarbayevə milyonlarla insanın minnətdarlığını və hörmətini qazandırıb. Heç nə dayanmır, hər şey hərəkət və inkişaf edir. Qazaxıstan cəmiyyəti də inkişaf edir, dəyişir. Qazaxıstan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm, yenilənmənin qazax xalqına xoşbəxt və firavan həyat gətirməsini diləyirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region
Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert keçirilib
13:51 06.11.2026
Gündəm