Nazir müavini: Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçirib




Azərbaycan və Dünya Bankı ötən əsrin 90-cı illərinin əvvəllərindən dəyəri 4 milyard dollardan çox olan təqribən 50 layihə həyata keçiriblər. Bu, ikitərəfli əməkdaşlığın uğurlu göstəricisidir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən "İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Nazir müavini bildirib ki, Dünya Bankı ölkə iqtisadiyyatının inkişafına ən müxtəlif mərhələlərdə hərtərəfli dəstək göstərib.