Nəriman Əbdülrəhmanlıya ETİRAZ: " Əsərləri oxumayıb, özünü reklam etmək ədəbiyyata ləkədir"



"Turana açılan könüllər " antologiyası ətrafında qalmaqal getdikcə böyüyür. 

Yazar, tərcüməçi Nəriman Əbdülrəhmanlının "bu antologiyada yaradıcı adamların əsərləri çap olunmalı idi" fikirləri kitabın müəllifi, gənc yazar Qabil Ədalətin sərt etirazına səbəb olub. 

N.Əbdülrəhmanlını tanımadığını deyən gənc yazar Sherg.az-a açıqlamasında antologiya ilə bağlı tənqidlərin əsassız olduğunu söyləyib: " N. Əbdülrəhmanlı kimdir? Kitabda yer alan əsərlərə etiraz edib. Bu müəllim o əsərləri görüb ki, etiraz da edir? Niye özünü kiçildir? Ona demək lazımdır ki, kitabı əlinə al oxu və ondan sonra danış ki, heç olmasa hörmətli olasan. Millət vəkili, akademik Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə və AYB-nin şöbə müdiri Qəşəm Nəcəfzadə rəyini bildiribsə, sizə söz deməyə ehtiyac qalmır. Bunu şou edib özünü reklam etməkdənsə, tənqidi mənim özümə bildirsəydi, onda hörmətlə qarşılanardı. Əsərləri görmədən onların səviyyəsinə etiraz edən tənqidçi ədəbiyyata ləkədir".

Ayyət Əhməd