Nyu-Yorkda Xəzər Biznes Forumu keçirilib
20:48 26.09.2018
Arxiv
651
Nyu-Yorkun Harvard Klubunda Transxəzər ölkələrinin nümayəndələrinin, ABŞ-ın dövlət rəsmilərinin və işgüzar dairələrinin iştirakı ilə Xəzər Biznes Forumu keçirilib.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Əfqanıstanın bu ölkədəki səfirlikləri tərəfindən birgə təşkil edilmiş forumda Transxəzər regionunun iqtisadi inkişafının və sərmayə potensialının gücləndirilməsi üçün imkanlar, bölgədə həyata keçirilən irimiqyaslı layihələr və gələcək əməkdaşlıq perspektivləri, həmçinin ABŞ və iştirakçı ölkələr arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və ABŞ şirkətləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
Forumda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın regionda lider dövlət olduğunu, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin bölgənin, həmçinin qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiqamətində həyata keçirilən struktur islahatlar barədə məlumat verən E.Məmmədyarov biznes strukturlarını ölkəmizdəki mövcud imkanlardan fəal yararlanmağa dəvət edib.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdiyini vurğulayan nazir sözügedən işğalın regional təhlükəsizliyə və sabitliyə təhdid olmaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm