O şəhərlərdə turistlərə təpki var

Əhali artıq sıxılmağa başlayıb
Turizm, indiki vaxtda şəhərlərin inkişafında əhəmiyyətli bir paya sahibdir. Ancaq artan turist sayı və turistlərin şəhərin səliqə və səhmanına qarşı laqeydlikləri yerli əhalinin reaksiyasına səbəb olur. Dünyanın ən çox turist qəbul edən şəhərlərində əhali, ətraf çirklənməsi və bahalıq səbəbindən turistlərə qarşı sərt təpki göstərirlər. Məsələn, ən çox bu şəhərlərdə turistləri bəyənmirlər.
Venedik, İtaliya
Kanallar şəhəri Venedik, yüz illərdir arxitekturası ilə məşhurdur. Hər il milyonlarla turistin ziyarət etdiyi Venedik indi bu kütlənin ətrafa verdiyi zərəri müzakirə edir. Yerli xalq, Venedikə gələn turistlərin, səs-küyündən şikayətçidir. Hətta venediklilər bir neçə dəfə turistlərə etirazlarını nümayişlərlə dilə gətiriblər.
Machu Picchu, Peru
İnklərə aid keçən əsrin əvvələrinə qədər varlığı bilinməyən bu şəhər, And dağları üzərində yer alır. Nəqliyyatdan uzaq olduğuna görə çox gec kəşf edilən Machu Picchu indiki vaxtda turist axınına məruz qalıb. Ancaq turistlərin təbiətə qarşı həssas davranmaması və ətrafı çirkləndirmələri yerli əhalinin reaksiyasına səbəb olub. Machu Picchuda son illər ətraf muhitin çirklənməsi ciddi hal alıb.
Roma, İtaliya
Dünyanın ən çox turist qəbul edən şəhərlərindən biri olan Roma, tarixi gözəlliklərini qorumaq dərdindədir. Şəhərə gələn turistlərin tarixi strukturlara zərər verməsi və əhali sayının artırması romalıların reaksiyasına səbəb olub.
Praqa, Çexiya
Praqa şübhəsiz dünyanın ən gözəl şəhərlərindən biridir. Bu xüsusiyyəti səbəbiylə də milyonlarla turisti qarşılayır. Ancaq praqalılar turist sayındakı bu artımdan sıxılmağa başlayıb. Vəziyyət o həddə çatıb ki, gurultulu turistlərlə başı dərddə olan şəhərdə bələdiyyənin qərarı ilə axşam saat 10-dan sonra səs-küy salmaq qadağan edilib.