"Ölkə rəhbərinin problemli kreditlə bağlı məsələyə müdaxiləsi olduqca sevindiricdir” - İqtisadçı

"Ölkə başçısının problemli kreditlərlə bağlı məsələyə diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edən bir məqamdır”.
Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Ekspertin sözlərinə görə, problemli kreditlərlə bağlı məsələ prezidentin nəzarəti altında olduğu halda problemlər həll oluna bilər:
"Yəqin ki, çıxış yolu olaraq ilk növbədə problemli kreditlər çeşidlənməli və aydınlaşdırımalıdır. Elə kreditlər var ki, sahibkar dollarla götürüb və devalivasiya nəticəsinə onun borcu 2 qat artıb. Amma elə fiziki şəxslər də var ki, kreditə pul götürüb və bunu əyləncə üçün xərcləyiblər.
Vətəndaşların bir qismi isə kredit götürərək evinin təmirini edib və yaxud xeyir-şər işi ilə bağlı məsələləri yoluna qoyub. Ona görə də əvvəlcə problemli kreditlərin çeşidlənməsi əsasdır. Şüphəsiz ki, əyləncəyə kredit götürən vətəndaşlar qeyri-şərtsiz olaraq pulları geri qaytarmalıdırlar. Biznes mühiti üçün dollarla kredit götürmüş vətəndaşların durumu devalivasiya nəticəsində çətinləşdiyi üçün dövlət bu məsələyə müdaxilə edə bilər. Çünki nə banklar bu vəsaiti əhaliyə keçən deyil, nə də vətəndaşların pulu ödəmə imkanı yoxdur. Ona görə də artıq 4-5 ildir ki, qapanmış dairə sindorumu kimi kreditlər problem olaraq qalıb.
Digər problem isə odur ki, vətəndaş banka depozit məbləği yerləşdirir, bank da həmin pulu kredit götürmək istəyən şəxsə verir. Bu zaman kredit götürənlər pulu geri qaytara bilmədikləri üçün, bank da depozit qoyan şəxsə məbləği verə bilmir. Beləliklə, problemlər yaranmağa başlayır. Məhkəmələr, mübahisələr gedir, hətta intihar halları da baş verib. Belə olduğu halda isə ölkə rəhbərinin məsələyə müdaxiləsi olduqca sevindiricdir”.
Yeganə Bayramova