"Ölkəmizdə dini motivli istənilən baxış müxtəlif motivlərdə yayıla bilər"
12:21 13.02.2018
Arxiv
444
"İlahiyyat institutunun yaradılması olduqca vacib idi”.
Bunu "Sherg.az”a prezident İlham Əliyevin sərəncamı ilə yaradılacaq Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
O diqqətə çatdırıb ki, cəmiyyətdə dinə münasibətdə yetkinlik, müasir tələblərə cavab verən baxış olmalıdır:
"Bununla bağlı kadrlar yetişdirməliyik. Din sahəsini dərindən bilən mütəxəssislərin hazırlanmasına ehtiyac var. Məsələn, ölkədə dinlə bağlı konkret doktrina, fəlsəfi sistem olmadığına görə, bir boşluq var. Başqa dövlətlər, ölkəmizdə maraqları olanlar, boşluqlardan istifadə edirlər. Dini motivli istənilən baxış ölkədə müxtəlif motivlərdə yayıla bilər. Ona görə, İlahiyyat İnstitutunun yaradılması ilə istər İslam dininə, istərsə də başqa dinlərə olan münasibətimiz daha da elmi şəkildə olacaq.
İslamın arxasında ciddi elm adamları, alimlər olub. Dünyanın müxtəlif ölkələrində İslam dini buna görə təbliğ olunub, yayılıb. Alimlər dindən uzaq düşdüyü vaxtdan isə cəhalət artmağa başladı. Bu baxımdan, savadlı din xadimlərinin yetişməsi ilə bağlı İlahiyyat İnstitutu böyük işlər görəcək. Bu da mənəvi zənginliyimiz, tərəqqimiz üçün müsbət rol oynaya bilər”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual