“Ordu dayanmamalıdır, ancaq irəli...”
21:23 04.04.2016
Arxiv
530
Gültəkin Quliyeva: “Bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcəyik”
Azərbaycan ordusunun uğurlu əks-hücum həmlələri paytaxtda yaşayanları cəbhə bölgəsinə istiqamətləndirib. Birinci Qarabağ savaşının iştirakçısı Gültəkin Quliyeva hazırda Tərtər rayonundadır. Əslən bu bölgədən olan xanım döyüşçü "Şərq”ə açıqlamasında bölgədə böyük ruh yüksəkliyi müşahidə etdiyini deyir:
- Burada əhalinin sevincini sözlə təsvir etmək çətindir. Hamı biri-birini təbrik edir, "şükür, bu günü də gördük, torpaqlarımızı geri alırıq” deyirlər. Çox böyük ruh yüksəkliyi var. İnanın ki, hamı, böyüklü-kiçikli, gənc, yaşlı hərbi komissarlıqların önünə toplaşıb, israr edirlər ki, bizə silah verin, cəbhəyə gedirik. Erməninin cavabını verməyə hazırıq. Sözün yaxşı mənasında camaat "dünyanı dağıdır” ki, biz də cəbhəyə gedirik. Tərtər camaatı evini tərk edən deyil. Hamı irəli atılır, döyüşlərdə iştirak etmək istəyirlər. Döyüş yoldaşlarımdan məlumatlar alıram, xəbərlər çox yaxşıdır, deyirlər, Azərbaycan əsgəri irəliləyir. Azərbaycan ordusunun qarşısında erməninin dayanmaq qüvvəsi yoxdur. 5-10 separatçı var orda, onlar Azərbaycan əsgərinin iradəsi, qeyrəti qarşısında heç nədirlər. Bunu mən də, hamı da bilir. Azərbaycan ordusu dayanmamalıdır, ancaq irəli. Dünyada o millətə, o xalqa hörmət edirlər ki, öz torpağına, namusuna, qeyrətinə sahib çıxır. Azərbaycan işğal altındakı ərazilərini azad etsə, beynəlxalq birlik də bizə hörmət edəcək. Heç kəsdən çəkinəcəyimiz yoxdur. Bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcəyik. Erməni separatçılarının dərsi verilməlidir.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm