Papa gəlir: Polislər bez bağlayacaq





Katoliklərin ruhani lideri Papa Françis, Şri- Lankanı ziyarət edib. Papa Françisi, Şri- Lankada rəqs nümayişləri və fillərlə qarşılandı. Papanın sonrakı dayanacağı isə Filipin olacaq. Katoliklərin ruhani liderinin ziyarəti üçün Filipin polisi həyəcan yaşadı. Yollara məsul olacaq polislərə işlərini axsatmamaları üçün qəribə bir təlimat gəldi. Polis müdiri, tualatə gedərək vaxt itirməmələri üçün polislərdən vəzifə müddətləri boyunca bezlərdən istifadə etmələrini tələb etdi. Bunu polis müdiri, Papanı görməyə gedəcək olan vədəndaşlara da təklif etdi.