Paris hücumunun yeni görüntüləri yayıldı





Parisdəki "Charlie Hebdo" yumor jurnalına edilən hücumun yeni görüntüləri ortaya çıxdı.
Həvəskar çəkiliş olduğu aydın olan görüntülərdə Kuaşi qardaşlar küçənin ortasında "Kalaşniko" avtomatlarıyla intiqam şüarları səsləndirərək qara avtomobillərinə minir. Daha sonra yolun sonunda qarşılarına bir polis maşını çıxır, ona atəş açdıqdan sonra, polis avtomobilinin qarşısından keçirlər.
Fransız polisi həm market hücumunda, həm də jurnala edilən hücumdakı silahların xarici mənşəli olduğunu açıqladı.
Videoda əlini yuxarı qaldıraraq qışqıran üzü maskalı adamın "Hz. Məhəmmədin intiqamını aldıq" sözləri eşidilir.