Penitensiar Xidmət: Bu il 1254 məhkum cəza çəkməkdən azad edilib
12:48 18.01.2019
Arxiv
266
Bu il mayın 24-də 634 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Prezidentin sərəncamı vaxtında icra edilib.
Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində Penitensiar Xifmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
Rəis müavin bildirib ki, dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ilə bağlı 2018-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib:
"647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib".
O.Məmmədov deyib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məqsədilə məhkəmələrə təqdim edilən sənədlərin hazırlanması işində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə naziri tərəfindən verilmiş tapşırıqların icrası üzrə tədbirlər davam etdirilib.
Yeni fəaliyyətə başlayan Komissiyanın artıq 24 iclası keçirilib, 818 məhkumun müraciətlərinə baxılıb və onlardan 363-nə müsbət rəy verilib. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə