Peruda divar uçub: 15 nəfər ölüb






Perunun Abankay əyalətində yerləşən hoteldə divarın uçması nəticəsində 15 nəfər ölüb və 29 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, hadisə hoteldə toy mərasimi zamanı baş verib.

Xəsarət alan toya gələn qonaqlar olub.

Ümumilikdə mərasimdə 100-ə yaxın qonaq iştirak edib. İlkin məlumata əsasən, divarın uçmasının səbəbi kimi son günlər yağan yağış göstərilir.