Peskov: "Putin-Ərdoğan görüşünün yeri və tarixi diplomatik kanallarla müəyyənləşdiriləcək"





 "Rusiya və Türkiyə prezidentləri arasında görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək”.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Türkiyə tərəfi prezidentlərin görüşü barədə razılığa gəlindiyini bildirib.