Pilotlar UNO gördü, Qülləyə bildirdi

Naməlum obyekt yaşıl işıq saçaraq gözdən itib
Türk Hava Yollarına məxsus Bodrumdan gələn bir təyyarənin pilotları İstanbul Silivri səmasında üstlərindən yaşıl işıq saçan naməlum bir obyektin keçdiyini bildirib.
Bbodrum-İstanbul səfərini gerçəkləşdirən "TK-2525” saylı sərnişin təyyarəsinin pilotları Gökhan K və Sadiq K. İstanbul Atatürk Hava limanına yaxınlaşdıqları zaman 17 min feet (təxminən 5 min metr) yüksəklikdə Uçan Naməlum Obyektin (UNO) saat 23.30 radələrində üstlərində yaşıl işıq saçaraq keçdiyini və sürətlə itdiyini Atatürk Hava Limanı Hava Nəqliyyat Nəzarət Mərkəzinə bildiriblər. Pilotlarla Mərkəz arasında bu dialoq baş verib: Naməlum bir obyekt yaşıl işıq saçaraq önümüzdən keçdi. Birdən birə də itdi. UNO deyə təxmin edirik. Hər iki pilotda birdən gördü, indi görə bilmirik”.
THY pilotlarının yaşadıqları bu hadisə ilə əlaqədar Dövlət Hava Meydanları İdarəsi (DHMİ) radarlarda hər hansı bir görüntü olmadığını söylədilər.
THY təyyarəsi hadisədən 30 dəqiqə sonra 00:37-də problemsiz Atatürk Hava Limanına eniş edib.