"PKK və PYD üzvləri bir müddət sonra Qarabağda peyda olacaqlar" - Analitik
12:48 13.02.2018
Arxiv
737
Arzu Nağıyev: "Ona görə, birmənalı şəkildə burada Rusiyanın rolu olduğunu düşünürəm"
"Türkiyənin Suriya ərazisində keçirdiyi əməliyyatlardan qaçan terrorçular Ermənistan ərazisinə keçirsə, onları məqsədyönlü şəkildə düşmən sərhədini qoruyan sərhədçilər buraxır”.
Bu barədə "Sherg.az”a PKK terrorçularının Afrindən Ermənistana qaçması haqqında yayılan məlumatlardan danışarkən analitik Arzu Nağıyev bildirib.
O xatırladıb ki, Türkiyə və Ermənistan sərhədində rus qoşunları dayanıb:
"Deməli, bu Rusiya ilə razılaşdırılmış məsələdir. Qorxulu məqam odur ki, qaçan PKK, PYD dəstələrinin nümayəndələri, terrorçular bir müddət sonra Qarabağda peyda olacaqlar. Ona görə, birmənalı şəkildə burada Rusiyanın rolu olduğunu düşünürəm.
Hərtərəfli tədbirlər görülməlidir. Məhz erməni politoloqlarının bu qədər ciddi şəkildə prosesləri şişirtməsi seçki ilə bağlı ictimai-siyasi rəyə təsir etmək məqsədi daşıya bilər. Gələcəkdə Serj Sarkisyana qarşı addım atmaq, seçki prosesində dəyişiklik yaratmaq üçün bu cür faktlardan istifadə oluna bilər.
Ermənistanda keçirilən hər seçki Dağlıq Qarabağ kartının üzərində qurulub. Ermənistanın "Qarabağ klanı” hakimiyyətdə qalmaq üçün belə vasitələrə əl atır”.
Qeyd edək ki, Ordu.az saytı "Jamanak” qəzetinə istinadən məlumat yayıb. Bildirilir ki, hazırda türkiyəli hərbçilərlə toqquşmalardan qaçan PYD/PKK terrorçuları, Türkiyə-Ermənistan sərhədini keçirlər. Ermənistan-Türkiyə sərhədini qoruyan rus hərbçilər onların ölkəyə girişinə mane olmurlar. Hazırda PYD/PKK terrorçularının Ermənistana qaçması davam edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region