“Polis paytaxtda qarşıdurmaya və təxribata imkan verməyəcək” - Mirqafar Seyidov
14:48 02.03.2019
Arxiv
533
Bəzi müxalifət təmsilçiləri Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakıda təşkil olunmuş yürüşdə onların hüquqlarının pozulması ilə bağlı iddialar səsləndirib.
Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ONA-nın bununla bağlı sorğusunu cavablandırıb.
M.Seyidov bildirib ki, polis paytaxtda heç bir halda qarşıdurmaya, təxribata imkan verməyəcək: "Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Bakı şəhərində on minlərə insanın iştirak etdiyi ümumxalq yürüşü keçirilib. Tədbirin təhlükəsizlik şəraitində təşkili və keçirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi və tabeli orqanlar tərəfindən ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması yüksək səviyyədə təmin olunub.
Şəhidlərimizin ruhunu yad etmək, soyqırım faciəsini bölüşmək məqsədilə əraziyə gəlmiş on minlərlə insan, o cümlədən beynəlxalq təşkilat və xarici dövlətlərin rəsmi nümayəndələri rahat və maneəsiz şəkildə abidəni ziyarət edib, hamı üçün bərabər şərait yaradılıb.
Ümumxalq faciəsi olan soyqırımla bağlı keçirilən tədbirdə belə öz daxili anti-milli hisslərini, millətin faciəsindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan, özlərini "Milli Şura” adlandırdıqları qurumun, Müsavat partiyası fəallarının və digər müxalif partiya üzvlərindən ibarət bir qrup dəstə Xocalı abidəsinin qarşısına gələrək əvvəlki vərdişlərindən qaynaqlanan meydan eyforiyasına qapılaraq şüuraltı qəbul etdikləri xaos və anarxiya vəziyyətini bərpa etmək, pozuculuq məqsədlərinə nail olmaq üçün təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən olunmuş qaydaları pozmağa çalışıblar. Ziyarət tədbirinin təhlükəsiz və maneəsiz keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş qaydaların əksinə özlərini xalqdan ayıraraq əsassız tələblər irəli sürməklə qarşıdurma yaratmağa çalışdıqlarına görə polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınıb.
Nəticədə də bildirirlər ki, guya polis tərəfindən onların hərəkətinə maneələr yaradılıb, hüquqları pozulub. Bu iddiaların heç bir əsası olmadığını nəzərə alaraq, özünü "Milli Şura” adlandıran qurumda təmsil olunan şəxslər və digərləri bilməlidir ki, polis bundan sonra da paytaxt ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı üçün heç bir halda qarşıdurmaya və təxribata imkan verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya