Polisə oğru olaraq gətirildi, qəhrəman oldu





ABŞ-ın Florida əyalətində bir polis bölməsinin təhlükəsizlik kamerasına qeyri adi görüntülər əks olundu. O görüntülərdə polis bölməsində məhbus olan bir oğru yanında infarkt keçirən polisin həyatını qurtarır. Jamal Rutledge adlı gənc oğurluq etdiyi səbəbiylə Fort Lauderdale polis bölməsinə gətirildi. Əlləri qandallı bir şəkildə sənəd işlərini həll edən bir polis məmuruyla bir otaqda kilidli olan məhkum bir anda nəylə qarşılaşdığından çaşdı. İnfarkt keçirən polis məmuru bir anda yerə yıxıldı. Jamal Rutledge isə vəziyyətə reaksiyasız qalamsı və əlləri qandallı olduğu üçün o anda qapını təpikləyərək digər polislərdən kömək istədi. Böyük səs-küylər çıxararaq polislərin diqqətini çəkən gənc, anlıq bir müdaxilə ilə polis məmuru Franklin Foulksun həyatını qurtardı. Hadisə yerinə gələn sağlamlıq vəzifəliləri polis məmurunun həyatını qurtardığı üçün məhbus Jamala borclu olduğunu söylədi. Qeyri adi hadisənin ardından oğru olaraq gəldiyi polis bölməsində o bir anda qəhrəman oldu. Jamalın indi önümüzdəki ay sərbəst qalması gündəmdədir.