Polisi döyən deputat Milli Məclisdə ÜZR İSTƏDİ
09:29 02.08.2021
Arxiv
550
Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
Modern.az-ın məlumatına görə, polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib.
Qeyd edək ki, müzakirələrdən sonra İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı təqdimatı qəbul edib. Məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub.
Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq