Prezident 3 icra başçısı təyin etdi - Mingəçevirin başçısı Gəncəyə göndərildi



Azərbaycan Prezidenti İlham Əliyev bir neçə şəhər və rayonuin icra başçısını dəyişib.

Sherg.az Azərtac-a istinadən bildirir ki, prezidentin sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla o Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ölkə başçısının sərəncamı ilə Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla yanaşı İbrahim Ənvər oğlu Mustafayev də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.