Prezident Elmlər Akademiyasının fəaliyyətini dayandırdı





Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması haqda sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu qərardan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalıb.

Türkmənistan Elmlər Akademiyasına həmçinin Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir.

Türkmənistan Elmlər Akademiyası 1951-ci ildə Aşqabadda SSRİ EA-nın fililalı olaraq yaradılıb. Saparmurad Niyazovun vaxtında fəaliyyəti dayandırılsa da, Berdiməhəmmədov 2009-cu ildən onun fəaliyyətini tam bərpa etmişdi.