Prezident əmək pensiyasının artırılmasını nəzərdə tutan qanunu təsdiqlədi




Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Sherg.az"ın AZƏRTAC-a istinadən bildirir ki, qanunun 1.1. 6-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilr:
"Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Bu Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.