Prezident: "İçərişəhərin xüsusi aurası var, adam buraya gələndə getmək istəmir"
17:39 19.03.2019
Arxiv
558
Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır.
AZƏRTAC bildirir ki, bunu Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində iştirak edən Prezident İlham Əliyev İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbəti zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıbdır. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. Dünyada belə böyük şəhərlər o qədər də çox deyil. Bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur. O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illər ərzində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir".
İlham Əliyev bildirib ki, burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər: "Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir".
Prezident vaxtilə İçərişəhərin sakinlərinin köçürülməsi ilə bağlı təkliflərin qəti şəkildə əleyhinə olduğunu deyib: "Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yəni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət - bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayır, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi ölkələrdə belə qədim yerlər sadəcə olaraq görüntü naminə saxlanılır, turistlər gəlirlər, gəzirlər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayır. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb".
Dövlət başçısı Azərbaycana gələn turistlərin daha da çoxalacağını vurğulayıb: "2016-cı ildən başlayaraq turistlərin sayı hər il artır. Əsas artım 2016-cı ildə başladı. Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artdı. Keçən il isə artım təqribən 5 faiz olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region
Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert keçirilib
13:51 06.11.2026
Gündəm